Məzmuna keç

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə siyasi, iqtisadi və humanitar məsələləri müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə siyasi, iqtisadi və humanitar məsələləri ətrafında fikir mübadiləsi aparıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT BA-nın 79-cu sessiyası çərçivəsində Finlandiya xarici işlər naziri Elina Valtonenlə görüşü olub. [Görüşdə] siyasi, iqtisadi və humanitar sahələrdəki Azərbaycan – Finlandiya münasibətləri müzakirə olunub”, – paylaşımda diqqətə çatdırılıb.