Məzmuna keç

Sərnişin mikroavtobusunun aşması nəticəsində 13 nəfər yaralanıb

Türkiyənin Bingöl şəhərində sərnişin mikroavtobusunun aşması nəticəsində 13 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bingöl-Diyarbəkir yolunda hərəkətdə olarkən sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə təcili yardım, jandarma və xilasetmə briqadası cəlb edilib.

Yaralılar Bingöl Dövlət Xəstəxanasına və Genç Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə