Məzmuna keç

ABŞ və Meksikanın bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib

ABŞ və Meksikanın bəzi bölgələrində qasırğa ilə bağlı fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki. bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Məlumata görə, "Helene" qasırğası Florida ştatının Tampa şəhərinin təxminən 690 kilometr cənub-qərbinə yaxınlaşıb.

Qasırğa ilə əlaqədar Meksikanın Yukatan yarımadası və Floridanın şimal-qərb sahillərində yaşayan əhaliyə xəbərdarlıq edilib.

Cənubi Karolina, Şimali Karolina, Corciya və Florida ştatlarında təbii fəlakətlə bağlı fövqəladə vəziyyət elan edilib.

Atlantik okeanında əmələ gələn "İsaak" tropik fırtınasının isə saatda 19 kilometr sürətlə şərqə doğru irəlilədiyi bildirilib.

Qeyd edək ki, sentyabrın 24-də Meksikanın Sakit Okeanla həmsərhəd olan bəzi cənub ştatlarına çatan "John" qasırğası nəticəsində iki nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə