Məzmuna keç

Qanunsuz yollarla Türkiyəyə keçən 11 miqrant saxlanılıb

Türkiyənin Kırklareli şəhərində 11 qanunsuz miqrant yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Kırklarelinin Kofçaz şossesində yoxlama keçirib.

Bu zaman qaçmağa çalışan şübhəli nəqliyyat vasitəsi polis tərəfindən saxlanılıb.

Komandalar avtomobillərdə olan və ölkəyə qeyri-qanuni yollarla daxil olan 11 qanunsuz miqrantı yaxalayıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə