ABŞ-ın Alabama ştatında üç nəfərin ölümündə təqsirləndirilən daha bir məhkum edam edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Alan Eugene Miller adlı məhkumun azot qazı ilə zəhərlənərək həyatına son qoyulub.
O, ABŞ tarixində bu formada edam edilən ikinci məhkum kimi tarixə düşüb.
Miller 1999-cu ildə üç nəfəri öldürdüyü üçün 2000-ci ildə ölüm cəzasına məhkum edilib.
Edam edilməzdən əvvəl məhkum günahsız olduğunu söyləyib.
Qeyd edək ki, Alabama ABŞ-da ölüm cəzası üçün “Azot hipoksiyası" kimi tanınan yeni edam təcrübəsindən istifadə edən yeganə ştatdır. Luiziana, Oklahoma və Missisipi ştatlarında da azot qazı ilə edam üsuluna icazə verilib, lakin hələ də edamlarda bundan istifadə edilməyib.
Şəbnəm Mehdizadə
