ABŞ-ın Florida ştatına çatan "Helene" qasırğası 3 nəfərin ölümünə səbəb olub.
E-huquq.az xəbər verir ki. bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Məlumata görə, qasırğa bölgədə güclü külək və yağışlara səbəb olub.
Florida qubernatoru Ron DeSantis sakinlərə xəbərdarlıq edib.
Ştatda 1,2 milyondan çox ev və iş yerində elektrik enerjisinin verilişi dayandırılıb.
Qeyd edək ki, qasırğa ilə əlaqədar dünən Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarında "fövqəladə vəziyyət" elan edilib.
Şəbnəm Mehdizadə
