Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 4 zərərçəkən isə xəstəxanalarda qalır.
E-huquq.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.
Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağır qiymətləndirilir. Onların hər biri lazımi tibbi yardımla təmin olunub.
Qeyd edək ki, ötən gün Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
***
2024.09.27 – 23:20
Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərdən ikisi uşaqdır.
Hadisə nəticəsində daha 21 nəfər yaralanıb.
***
20.35
Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Dağıstanda yanacaqdoldurma məntəqəsində biri uşaq olmaqla 5 nəfər ölüb. Hadisə yerində 119 mütəxəssis və 27 texnika işləyir”, – məlumatda deyilir.
***
Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
E-huquq.az xəbər verir ki, şəhər meriyası partlayış nəticəsində ölən və yaralıların olduğunu açıqlayıb.
