Məzmuna keç

Azərbaycanın və Malinin XİN rəhbərləri COP29-u müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Malinin xarici işlər naziri Abdoulaye Diop ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli, eləcə də Azərbaycanın COP29-da sədrliyi çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.