Məzmuna keç

VII çağırış Milli Məclisin komitələri formalaşdırıldı

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb.

E-huquq.az xəbər verir ki, bununla bağlı məsələlər parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasının gündəliyinə daxil edilib.

Toplantıda parlamentin 15 komitəsinin tərkibi formalaşdırılıb.

Qeyd edək ki, Milli Məclisin sentyabrın 23-də keçirilmiş ilk iclasında aşağıdakı komitələrə sədrlər seçilib:

Əli Hüseynli – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Arzu Nağıyev – Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Zahid Oruc – İnsan hüquqları komitəsinin sədri

Sadiq Qurbanov – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Azər Əmiraslanov – İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Tahir Rzayev – Aqrar siyasət komitəsinin sədri

Musa Quliyev – Əmək və sosial siyasət komitəsinin sədri

Siyavuş Novruzov – Regional məsələlər komitəsinin sədri

Anar İsgəndərov – Elm və təhsil komitəsinin sədri

Polad Bülbüloğlu – Mədəniyyət komitəsinin sədri

Səməd Seyidov – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

Əhliman Əmiraslanov – Səhiyyə komitəsinin sədri

Hicran Hüseynova – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Şahin İsmayılov – Gənclər və idman komitəsinin sədri

Fazil Mustafa – İctimai birliklər və dini qurumlar komitəsinin sədri