Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbçisi Aqasi Serojeviç Dallakyanın güllə yarası ilə cəsədi aşkar edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Baş vermiş hadisənin bütün təfərrüatlarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır", – nazirlikdən bildirilib.
Müdafiə Nazirliyi, hərbçinin ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.
