Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.
***
Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.
E-huquq.az xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.
Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda baş vermiş 5,9 maqnitudalı zəlzələ ətraf bölgələrdədə də hiss olunub.
***
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 3 bina qismən çöküb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.
A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.
Məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
