Məzmuna keç

İsmayıllıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb –

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı İxtiyar Mehdiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu , 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub.

İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.