Məzmuna keç

Bakı metrosunda tüstülənmə olub

"Bakı Metropoliteni" QSC-nin "28 may" və “Nizami” stansiyaları arasındakı tunel yolunda tüstülənmə olub.

E-huquq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, dərhal yoldan yüksək gərginlik çıxarılıb. İnsidentlə bağlı metroda qatarların hərəkəti təxminən 25 dəqiqə ləngiyib.

Hazırda qatarlar qrafik üzrə hərəkət edir.