Məzmuna keç

Türkiyədə 6 avtomobil toqquşub: 1 ölü, 15 yaralı

Türkiyənin Afyonkarahisar şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 avtomobilin iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə yerinə polis, jandarma, xilasetmə və təcili tibbi yardım qrupları sövq edilib.

Ölən şəxsin polis əməkdaşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə