Məzmuna keç

Türkiyədə terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatdı: 22 yaralı var –

Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, yaralananların ümumi sayı 22 nəfər təşkil edir. Onlardan üçü artıq xəstəxanadan buraxılıb.

***

19.36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.

E-huquq.az xəbər verir ki, hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.

Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.

Rusiya prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.

***

19:02

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

***

18:43

TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.

E-huquq.az xəbər verir ki, ilkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.

Terrorçuların insanları girov götürdüyü ehtimal olunur, doqquz nəfər həlak olub. Polis ərazini mühasirəyə alıb.

***

17:32

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Partlayışın səbəbləri hələ məlum deyil.

“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, – deyə məlumatda bildirilir.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın binasında baş verənləri terror aktı adlandırıb.

O, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.