Məzmuna keç

Kobaxidze İlham Əliyevi Gürcüstana dəvət etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib.

E-huquq.az xəbər verir ki, Kobaxidze bunu Azərbaycan Prezidenti ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

"Biz Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə gözləyirik və ümid edirik ki, səfər bu il baş tutacaq", – o qeyd edib.