Məzmuna keç

Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul etdi –

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" hesabında məlumat yayıb.

Görüşdə H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.