"Bələddiyyələrin əsas problemlərindən biri sənədsiz evlərin sənədləşməsidir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamran Bayramov parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
Onun sözlərinə görə, təkcə Bakı şəhəri üzrə yarım milyona yaxın sənədsiz ev var
"Ölkə üzrə bu rəqəm bir milyona yaxındır. Bunun özlüyündə obyektiv və subyektiv səbəbləri var. Yəni, bu o deməkdir ki, bələdiyyələr 1 milyona yaxın əmlakdan vergi tuta bilmir. Burada çox böyük bir vəsaitdən söhbət gedir. Sənədləşmə işi öz həllini tapsa, əmlak, bank, sığorta sektoru canlanacaq. Həm də bələdiyyələrə böyük faydası olacaq", – deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə
