“Ali Məhkəmə izah edir” layihəsinin yeni buraxılışı yayımlanıb.
E-huquq.az xəbər verir ki, budəfəki buraxılışda icarəyə götürülmüş əmlakda aparılan təmir və ayrılmaz yaxşılaşdırmalara çəkilən xərclərin müqavilə başa çatdıqdan sonra ödənilməsi məsələsində müqavilə şərtlərinin əsas götürülməsi barədə Ali Məhkəmənin hüquqi mövqeyindən bəhs edilir.
Qeyd edək ki, “Ali Məhkəmə izah edir” layihəsinin əsas məqsədi hüquqi məlumatların geniş auditoriya üçün daha əlçatan olmasını təmin etmək, məhkəmə qərarlarının məzmununu və mahiyyətini mürəkkəb hüquqi terminologiyadan mümkün qədər uzaq, sadə və anlaşıqlı formada çatdırmaq, həmçinin cəmiyyətdə hüquqi maarifləndirmənin inkişafına töhfə verməkdir.
