Məzmuna keç

Kamran Bayramov: “Bələdiyyələrin dayanıqlı maliyyə mənbələri olmalıdır”

"Bələdiyyələri narahat edən əsas problemlərdən biri də onların dayanıqlı maliyyə mənbələrinin olmamasıdır".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamran Bayramov parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

Deputat bildirib ki, dövlət tərəfindən bu problemin həlli istiqamətində kifayət qədər tədbirlər görülüb, büdcədən ayrılan vəsaitin həcmi artırılıb. Lakin problemlər qalmaqdadır.

"Bələdiyyələr sənəd və xəritələrlə təmin olunarsa, vergiləri normal qaydada yığa bilər. Bu halda onlar öz torpaqlarında sərbəst sərəncam verə biləcək. Bu isə maliyyə probleminin həllində faydalı ola bilər", – deyə K.Bağırov bildirib.

Şəbnəm Mehdizadə