"Bələdiyyələrin maliyyə mənbələrinin strukturunun dəyişdirilməsi məqsədəuyğun olar".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
Deputat qeyd edib ki, bələdiyyələrə dövlət tərəfindən ayrılan dotasiya məbləği müəyyən edilərkən kəmiyyətlə yanaşı, keyfiyyət məsələsinə diqqət yetirilməlidir: "Hesab edirəm ki, xərclərin strukturu optimallaşdırılarsa, məqsədəuyğun olar. Mərkəzi və Şərqi Avropa ölkələrinin, qardaş Türkiyənin təcrübəsində biz bunu görürürük".
Şəbnəm Mehdizadə
