Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova müavin təyin edilib.
E-huquq.az "Unikal"a istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin olunub.
Qeyd edək ki, Fərid Əsgərov uzun müddətdir Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
Məlumata görə, bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Peşə Hazırlığı İdarəsinin rəisi olmuş Fərid Əsgərov həm də peşəkar karate mütəxəssidir. O, 2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib. Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının və idman növünün ölkəmizdə inkişafına öz töhfəsini verib.
