Məzmuna keç

Türkiyə səfiri: “Xocalı soyqırımı tarixə qara ləkə kimi düşüb”

"Xocalı soyqırımı insanlıq və bəşəriyyət tarixinə qara ləkə kimi yazılıb".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

"Həmin gün erməni silahlıları tərəfindən öldürülən 613 insanın acısını ən dərindən hiss edirik. Xocalı soyqırımı zamanı əsir götürülən, itkin düşən xeyli insan var. Şəhidlərə Allahdan rəhmət diləyirəm. Bir daha belə faciələrin təkrarlanmaması üçün Türkiyə-Azərbaycan qardaşlığını hər sahədə inkişaf etdirməyə çalışırıq", – deyə səfir qeyd edib.

Şəbnəm Mehdizadə