Məzmuna keç

“Bəzi yanacaqdoldurma məntəqələrində benzinin həcmini azaldırlar”

“Azərbaycanda yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları kobud şəkildə pozulur”.

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

“Bu pozuntular onilliklərdir davam edir. Əsas qanun pozuntusu avtomobillərə vurulan benzinin həcmi ilə bağlıdır. Bir sıra məntəqələrdə doldurulan yanacağın həcmi azaldılır. İndiki avtomobillərdə elektron sistem var. Necə olur ki, bir məntəqədə vurulan benzinin həcmi ilə digər məntəqədə vurulan benzinin həcmi eyni olmur. Burada söhbət gündəlik olaraq 10 tonlarla benzindən gedir. Aidiyyətı qurumları bu sahədə nizam intizam yaratmağa çağırıram”, – deputat bildirib.

Şəbnəm Mehdizadə