Məzmuna keç

Mikayıl Cabbarov: “Büdcə gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 55 faizi ötüb”

“İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır”.

E-huquq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb: “Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz təşkil edirdisə, cari ilin 10 ayında artıq 55 faizi ötüb. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır”.

Şəbnəm Mehdizadə