Məzmuna keç

DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yaydı – YENİLƏNDİ

Bakıda polis qardaşı tərəfindən öldürüldü

Daxili İşlər Nazirliyi paytaxtda polis əməkdaşının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı – A.Ramazanov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

***

09:54

Bakıda 31 yaşlı şəxs qardaşını qətlə yetirib.

E-huquq.az xəbər verir ki, hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.