Məzmuna keç

ABŞ İrana qarşı ikinci dərəcəli rüsumlar tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İrana ikinci dərəcəli rüsumlar tətbiq edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

D.Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı belə fikir səsləndirib: "Bizim İrana qarşı ikinci dərəcəli tariflərimiz var, onları bir neçə həftə saxlaya bilərik. İrəliləyiş görməsək, onları tətbiq edəcəyik".