Məzmuna keç

Kömür mədənində partlayış:

İspaniyanın Asturiya bölgəsində yerləşən Deqana qəsəbəsində kömür mədənində partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Asturiya Muxtar İcmasının Təcili Yardım Qurumundan məlumat verib.

Partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 3 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.

Bildirilib ki, şaxtaçılar qrafit istehsalı üçün mineralların çıxarılması üzrə icazə əsasında iş aparırmışlar.

Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürmə və mülki yardım qrupları göndərilib.