Məzmuna keç

Türkiyədə ağır yol qəzası: ölənlər və yaralılar var

Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kastamonunun Küre rayonunda, magistral yolda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə jandarma, xilasetmə və tibb qrupları cəlb edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxslər yanğınsöndürmə briqadalarının köməkliyi ilə nəqliyyat vasitələrindən çıxarılıb.

Yaralılar bölgədəki xəstəxanalara çatdırlıb.

Şəbnəm Mehdizadə