Məzmuna keç

Təcili yardım maşını ilə avtomobil toqquşub, yaralılar var

Türkiyənin Antalya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Antalyanın Serik rayonunda təcili yardım maşını ilə minik avtomobili toqquşub.

Yol qəzasında ümumilikdə 9 nəfər xəsarət alıb.

Onlardan 3-ü tibb işçisidir.

Hadisə yerinə gələn polis və təcili yardım göndərilib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Şəbnəm Mehdizadə