Məzmuna keç

Torpaq uçqununda 3 fəhlə öldü

Türkiyənin Şanlıurfa şəhərində 4 fəhlə torpaq uçqunu altında qalıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfanın Ceylanpınar rayonunda kanalizasiya qazıntısı zamanı yığılan torpaq fəhlələrin üzərinə aşıb.

Hadisə nəticəsində 4 fəhlə torpaq altında qalıb. Onlardan üçünün cəsədi tapılıb. Xəsarət alan bir fəhlə xilas edilib.

Bölgəyə axtarış-xilasetmə, təcli yardım və təhlükəsizlik qrupları yönəldilib.

Yaralılar Ceylanpınar Dövlət Xəstəxanasında müalicəsi davam edir.

Şanlıurfa valisi Həsən Şıldak ölənlərin yaxınlarına başsağlığı verib.

Şəbnəm Mehdizadə