Məzmuna keç

Erməni nazir Fransada hərbi əməkdaşlığı müzakirə etdi

Parisdə səfərdə olan Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan Fransa Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi Emmanuel Çivay ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Mxitar Ayrapetyan sosial şəbəkə hesabında yazıb.

“Müzakirələr zamanı Ermənistan və Fransa arasında hərbi-sənaye sahədə əməkdaşlığın inkişaf perspektivləri, texnologiya mübadiləsi proqramları, Ermənistanda müdafiə texnologiyalarının inkişafı ilə bağlı məsələlər və digər mövzular müzakirə olunub” – deyə, nazir qeyd edib.