Məzmuna keç

Netanyahu ABŞ-yə gedir –

İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 7-də Ağ Evə səfər etməyi və ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

“Səfər planlaşdırıldığı kimi baş tutsa, Netanyahu rüsumlara son qoymaqla bağlı razılaşmanı müzakirə etmək üçün Trampla şəxsən görüşən ilk xarici lider olacaq”, – mənbənin məlumatında deyilir.

Liderlərin həmçinin İranın nüvə böhranı və Qəzzadakı müharibəni müzakirə edəcəyi gözlənilir.