Məzmuna keç

Hakan Fidan müxalifət liderini sərt tənqid etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəli sərt tənqid edib.

E-huquq.az xəbər verir ki, Fidan Özəlin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarından sonra onu “yerini bilməyə” çağırıb.

Fidanın sözlərinə görə, xalqın dəstəyi ilə Türkiyə hökuməti uzun illər ölkəyə xidmət edib.

O bildirib ki, prezident administrasiyası türk xalqından başqa heç kimdən əmr almayıb, heç kimdən razılıq istəməyib.

Qeyd edək ki, CHP lideri çıxışında hakimiyyətin xaricdən edilən sifariş əsasında fəaliyyət göstərdiyini bildirib.