- 16:54
Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpin ilə görüşüb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, görüş Böyük Kreml Sarayının "Müqəddəs Georgi" zalında baş tutub.
Görüş zamanı həm nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar, həm də liderlər arasında təkbətək söhbətlər gözlənilir.
Kreml bəyan edib ki, Putin və Si Cinpin Ukrayna münaqişəsi və Rusiya-Amerika münasibətləri də daxil olmaqla ən mühüm məsələləri müzakirə edəcəklər. İkitərəfli əməkdaşlıq, o cümlədən enerji sahəsində əməkdaşlıq da nəzərdən keçiriləcək. Yamal və Qərbi Sibir ərazisindən Çinə qədər uzanması nəzərdə tutulan “Sibirin Gücü - 2” qaz kəmərindən danışılacaq.
Danışıqlardan sonra liderlər iki birgə bəyanat imzalayacaq. Bir sıra hökumətlərarası və idarələrarası sənədlərin təsdiqi də gözlənilir.
Humay Eminqızı