Baş prokuror: "1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb"


  • 11:52

"Heydər Əliyev iyirminci və iyirmi birinci əsrlərdə Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas edərək ölkəni hüquqi, demokratik və müstəqil dövlət kimi yenidən inşa edib".

E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

O bildirib ki, ölkə başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçiliyinin əsas sütunlarının bir daha təhlil edilməsi və mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb və bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub".

Oxşar xəbərlər