Bursada göldə qayıq çevrildi, 1 nəfər öldü


  • 3 İyun 10:18

Türkiyənin Bursa vilayətinin Mustafakemalpaşa rayonunda göldə motorlu qayıq aşıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qayıqda olan 4 nəfərdən biri həyatını itirib.

Hadisə ilə bağlı məlumat verildikdən sonra əraziyə polis, dəniz polisi və təcili tibbi yardım qrupları cəlb olunub.

Hadisədən sağ çıxan şəxslər ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

Dəniz polisi dalğıclarının apardığı axtarış nəticəsində Abdülkerim Şahinin cəsədi sudan çıxarılıb və müayinə üçün Mustafakemalpaşa Rayon Dövlət Xəstəxanasının morquna təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər