- 4 İyun 23:40
ABŞ Suriyadakı iki hərbi bazasını bağlayıb, digərini isə kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinə (SDQ) verib.
E-huquq.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına bildirib.
Telekanalın məlumatına görə, kürd qüvvələri “Mission Support Site Euphrates” hərbi bazasına nəzarət edəcək.
Amerika komandirləri son bir neçə həftə ərzində ərəb respublikasından 500-ə yaxın hərbçini geri çəkib.
Qeyd edək ki, bu ilin aprelində Pentaqon Amerika komandanlığının Suriyadakı kontingenti ixtisar edəcəyini və ölkədə 1000-dən az hərbçi qalacağını açıqlamışdı.
Humay Eminqızı