- 4 İyun 23:40
Türkiyədə Kuzey Marmara avtomobil yolunun Ankara istiqamətində, Kocaelinin Körfəz rayonunun Kutluca ərazisində 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla ümumilikdə 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə jandarma, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara yerləşdiriliblər.
Qəza səbəbilə Ankara istiqamətində bir müddət nəqliyyat axını nəzarətli şəkildə davam etdirilib.
Hadisə yerində aparılan təmizlik və istintaq işləri başa çatdıqdan sonra yol hərəkəti tam bərpa olunub.
Şəbnəm Mehdizadə