- 4 İyun 23:40
Fransanın paytaxtı Parisdə yerləşən məşhur bal mumu muzeyindən Prezident Emmanuel Makronun heykəli oğurlanıb.
E-huquq.az xəbər verir ki, Fransa mediasının polis mənbələrinə istinadla yaydığı məlumata görə, hadisə Parisin 9-cu bölgəsində baş verib. Səhər saatlarında muzeyə daxil olan iki qadın və bir kişi Makronun heykəlini oğurlayıb.
Şübhəlilərin ətraf mühit fəallarından ibarət "Greenpeace" təşkilatının üzvləri olduğu bildirilir. Onlar içəri daxil olduqdan sonra geyimlərini dəyişdirərək muzey əməkdaşı kimi davranıblar. Daha sonra Makronun heykəlini örtüyə bükərək təcili çıxış qapısından çıxarıblar.
Oğurlanan əsərin dəyərinin 40 min avro olduğu qeyd olunur.
Şəbnəm Mehdizadə