- 11:24
Türkiyənin Bilecik şəhərində təyyarə qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa Yenişehir Hava Limanından havaya qalxan təlim təyyarəsi Bilecikin Bozüyük rayonunda səmada olarkən naməlum səbəbdən tarlaya məcburi eniş edib.
Eniş zamanı tərs çevrilən təyyarənin pilotu xəsarət alıb.
Hadisə yerinə təcili yardım, jandarma və AFAD qrupları cəlb edilib.
Yaralı pilot Bozüyük Dövlət Xəstəxanasına aparılıb.
Onun səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə