- 11:24
Almaniyanın “BioNTech” əczaçılıq şirkəti ilə ABŞ-nin “Bristol Myers Squibb” (BMS) şirkəti arasında xərçəngin müalicəsi üçün dərmanın hazırlanmasına dair ilkin razılıq əldə edilib.
E-huquq.az xəbər veri ki, müqaviləyə əsasən, ABŞ şirkəti əməkdaşlıq üçün alman şirkətinə ümumilikdə 11,1 milyard dollar ödəyəcək. "BioNTech" ilkin ödəniş olaraq 1,5 milyard dollar alacaq.
COVID-19 epidemiyasından sonra diqqətini xərçəng dərmanının inkişafına yönəldən "BioNTech" ilk xərçəng dərmanını 2026-cı ildə satışa çıxarmağı hədəfləyir.
Əczaçılıq şirkətinin səhmləri təxminən 20 faiz artaraq 114,75 dollara yüksəlib.
Şəbnəm Mehdizadə