- 11:24
Dünyadakı buzlaqların təxminən 40 faizi artıq yox olacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər buzlaqların kütləsinin 2020-ci illə müqayisədə 39 faizini itirəcəyini və bunun qarşısıalınmaz bir proses olduğunu bildiriblər.
Bu ərimə dəniz səviyyəsinin təxminən 11 santimetr qalxmasına səbəb olacaq. Əgər dünya mövcud iqlim siyasəti ilə davam edərsə, bu itki 76 faizə çata bilər.
Sözügedən araşdırma "Science" jurnalında dərc olunub.
Avstriyanın İnsbruk Universitetinin alimi Lilian Şuster qeyd edib ki, hər 0,1 dərəcə istiləşmə 2 faiz daha çox buzlaqların itirilməsi deməkdir.
Tədqiqat müxtəlif simulyasiya modelləri ilə aparılıb və nəticələr hamısında oxşar tendensiya müşahidə edilib.
Araşdırmaya görə, Qərbi Kanada, ABŞ, Şimal-Şərqi Kanada, Skandinaviya və Rusiya ən çox risk altında olan ölkələrdir.
Şəbnəm Mehdizadə