Dəhşətli yol qəzasında ailənin 3 üzvü öldü


  • 3 İyun 17:14

Türkiyənin Ərzurum şəhərində ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərzurumun Karayazı rayonunda minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza yerinə təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.

Avtomobildə olan sürücü, həyat yoldaşı və onların azyaşlı övladının qəzada öldüyü müəyyən edilib.

Ailənin Qurban bayramı üçün Balıkesirdən Vana getdiyi öyrənilib.

Ərzurum Valisi Mustafa Çiftçi ölənlərin yaxınlarına başsağlığı verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər