- 17:48
Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunverici dönəmin ikinci dövrəsinin sədri seçilib.
E-huquq.az xəbər verir ki, 5 namizədin yarışdığı seçkilərdə gizli səsvermə ilə Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, TBMM-in hazırkı sədri və İstanbuldan deputat Numan Kurtulmuş 329 səs toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) Artvindən deputatı Uğur Bayraktutan 118, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Diyarbəkirdən deputatı Osman Cengiz Çandar 18, İYİ Partiya İstanbuldan deputatı Mustafa Cihan Paçacı 26, Yeni Yol Partiyası isə Samsundan deputatı Mehmet Karaman 6 səs toplayıb.
Nəticələrə əsasən 11 səs isə etibarsız sayılıb.
Beləliklə, N. Kurtulmuş üçüncü turda keçirilən səsvermədə 301-dən çox səsin mütləq əksəriyyətini toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.