- 5 İyun 23:03
Türkiyənin Balıkesir şəhərində meşə yanğını baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Balıkəsir Böyükşəhər Bələdiyyəsinin Yanğından Mühafizə Xidməti və Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Yanğına həm havadan, həm də qurudan müdaxilə edilib və nəticədə alovun yayılmasının qarşısı alınıb. Hazırda soyutma işləri aparılır. Yanğının səbəbləri ilə bağlı araşdırma davam etdirilir.
Şəbnəm Mehdizadə