Cənubi Koreyanın yeni prezidenti vəzifəsinin icrasına başladı


  • 4 İyun 09:05

Cənubi Koreyada keçirilən növbədənkənar prezident seçkilərində müxalifətdəki Demokratik Partiyanın namizədi Li Cae Myonq qalib gəlib.

E-huquq.az xəbər verir ki, Li Cae Myonqun prezidentlik səlahiyyətləri iyunun 4-dən qüvvəyə minib.

Yerli vaxtla səhər saat 06:15-də Mərkəzi Seçki Komissiyası plenar iclas keçirərək seçkilərin nəticələrini rəsmi şəkildə təsdiqləyib.

Komissiyanın rəhbəri No Teak Li Cae Myonqun qalib olduğunu rəsmən elan etdikdən sonra onun prezidentlik səlahiyyəti qüvvəyə minib.

İnauqurasiya mərasiminin isə iyunun 4-də sadə formatda təşkil olunacağı gözlənilir.

Oxşar xəbərlər