Bəraət hökmü üçün hakimin adından 120 min pul aldı


  • 4 İyun 09:39

Türkiyədə hakimin və prokurorun adından pul alaraq dələduzluq edən şəxs həbs olunub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, 20 ildir Bakırköy Ədliyyəsində ayaqqabı təmiri və boyaması ilə məşğul olan S.K. bir nəfərdən haqqında bəraət qərarının çıxarılması qarşılıında 250 min Türkiyə lirəsi istəyib.

"Hakim və prokuroru tanıyıram. Lazım olsa, sənin işinə baxacaq hakimi də mən təyin etdirərəm. Pul olduqdan sonra hər şey həll olar", - deyə həmin şəxsə vəd verib.

Hətta əvvəlcə 250 min tələb edən S.K. daha sonra "Sən başqası deyilsən, 120 minə də həll edə bilərəm" deyərək qarşı tərəfi razı salıb.

Lakin məhkəmə prosesi yekunlaşdıqdan sonra vəd olunan hökmün çıxmadığını görən şəxs S.K. barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər