Məşhur reper "Meta"nı məhkəməyə verdi


  • 4 İyun 09:58

Məşhur reper Eminem “Meta” şirkətini müəllif hüquqlarını pozduğuna görə məhkəməyə verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, reperin musiqi naşiri Eight Mile Style "Meta"nın musiqi kitabxanalarına bəzi mahnıları icazəsiz yüklədiyini və bunun da kütləvi müəllif hüquqlarının pozulmasına səbəb olduğunu iddia edərək məhkəməyə müraciət edib.

İddiada deyilir ki, “Meta”nın platformalarına inteqrasiya olunmuş musiqi alətləri istifadəçiləri digər videolardan musiqi köçürməyə və onları öz məzmunlarına əlavə etməyə təşviq edir.

ABŞ qanunvericiliyinə əsasən video platformalar musiqi məzmunundan istifadə üçün naşirlərdən birbaşa lisenziya almalıdırlar. İddiada texnologiya nəhənginin bu vəziyyətdən xəbərdar olduğunu və qanunu qəsdən pozduğunu qeyd edilib.

"Meta"nın musiqi sənayesi ilə bir çox lisenziya müqavilələri olduğu da məlumdur.

Şirkət reperin bəzi mahnılarını platformadan çıxarsa da, iddiada vurğulanır ki, müxtəlif versiyalar (məsələn, fortepiano versiyaları, karaoke və ya coverlər) hələ də kitabxanalardadır.

İşə Miçiqan ştatının məhkəməsində baxılacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər