Britaniya Ukraynaya 100 min pilotsuz uçan aparat tədarük edəcəyinə söz verib


  • 4 İyun 10:43

Böyük Britaniya cari maliyyə ilinin sonuna qədər Ukraynaya 100 min pilotsuz uçan aparat tədarük edəcəyinə söz verib.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Londonun Ukraynaya təhvil veriləcəyini açıqladığı PUA-ların sayı əvvəllər vəd edilənlərlə müqayisədə tədarüklərin həcmində on dəfə artım deməkdir.

Bundan əlavə, Britaniya hökuməti 350 milyon funt sterlinq dəyərində pilotsuz təyyarələrin çatdırılmasının Kiyevə 4,5 milyard funt sterlinq dəyərində hərbi dəstək göstərmək üçün daha geniş təşəbbüsün bir hissəsi olduğunu vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər